Kitabxana haqqında
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 27 avqust 1990-cı ildə Hacıqabul rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 05 saylı qərarı ilə yaradılmışdır.Hacıqabul rayon Mərkəzi kitabxanasının əsası 1939-cu ildə qoyulmuşdur.
01 yanvar 2012-ci il tarixinə olan məlumata əsasən Hacıqabul rayonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sisteminə daxil olan 32 dövlət kütləvi kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan 1-i rayon Mərkəzi kitabxanası, 1-i rayon Uşaq kitabxanası, 6-sı şəhər və qəsəbə kitabxanası,24-ü isə kənd kitabxana filialıdır.
Rayon Mərkəzi Kitabxanasının aşağıdakı şöbələri vardır:
Abonement bölməsi
Abonement bölməsinin işi oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə xidmətdən ibarətdir.01 yanvar 2012-ci il tarixinə olan məlumata görə abonement bölməsinin kitab fondu 14836 nüsxədən ibarət olmuşdur.Bundan 7458 ədədi latın qrafikalı ədəbiyyatdır.01 yanvar 2012-ci il tarixinə Abonement bölməsinin
kitab fondundan 2299 nəfər oxucu istifadə etmişdir.Abonement bölməsində açıq rəf üsulundan istifadə edilir.Oxucular fonda daxil olaraq sərbəst şəkildə ədəbiyyatla tanış ola bilərlər.Oxucu kütləsinin çoxunu gənclər təşkil edir,bunlar əsasən məktəblilər və tələbələrdir.Sorğu Abonement bölməsində olmadıqda digər kitabxanalarla əlaqə saxlanılaraq mübadilə formasından istifadə edilir.
Oxu zalı bölməsi
Mərkəzi kitabxanada oxu zalının, Elektron kataloqun "Oxucu", "Kitab verilişi" modulları, habelə oxu zallarının nəzdində yaradılmış internet mərkəzinin fəaliyyətini təşkil edir.Elektron kartotekanın təşkili və zənginləşdirilməsinə nəzarət edir.Müasir informasiya texnalogiyaları, elektron resurslar vasitəsi ilə oxuculara xidmət işini yüksək səviyyədə həyata keçirir.
- Kitabişləmə və Komplektləşdirmə şöbəsi
Mərkəzi kitabxanaya yeni daxil olan ədəbiyyatın uçota alınması,kitabxana qaydası ilə işlənməsi və kitabxana-filiallar arasında bölünməsi ilə məşgul olur.Kitabişləmə və Komplektləşdirmə şöbəsinə 2011-ci ildə 1975 ədəd kitab daxil olmuşdur.Ondan:
1.Prezident apparatı xətti ilə Milli Elimlər Akademiyasından alinmişdır- 1299 nüsxə
2.Mədəniyyət və Turizim Nazirliyi tərəfindən verilmişdir-368 nüsxə 3.M.F.Axundov adına Milli kitabxanadan -76 nüsxə 4.Respublika Kitabxana kollektorundan-78 nüsxə 5.F.B.Köçərli adına Respublika uşaq kitabxanası-97 nüsxə 6.Oxucular tərəfindən hədiyyə-57 nüsxə təşkil edir.
- Metodika və Biblioqrafiya şöbəsi
İllik iş planı tərtib edilir.Plana əsasən şəhər,qəsəbə kənd kitabxana-filiallarına gedişlərin qrafiki tərtib edilir.İl ərzində aylıq və rüblük iş planlarının tərtibində kitabxana-filiallara köməklik göstərir.Hər il üzrə seminar məşğələlərinin təxmini
mövzularını tərtib edir.İl ərzində MKS üzrə görüləcək işlərlə, əlamətdar günlərlə əlaqədar təqvimlər və metodiki məktublar hazırlayıb kitabxana-filiallara göndərir. Kitabxana-filialların işini təhlil edir.Metodiki tövsiyyələrin yerinə yetirilməsinə nəzarət edir.Kitabxana filiallara təcrübi köməklik göstərir.Oxuculara kömək məqsədi ilə soraq-biblioqrafiya aparatını təkmilləşdirir,kitabxana-biblioqrafiya
biliklərini təbliğ edir.Yeni daxil olan ədəbiyyatlar haqqında bülletenlər tərtib olunur.Kitab fondunun təbliği ilə əlaqədar olaraq Şifahi,Əyani,Yazılı təbliğat formalarından istifadə olunur.
- Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
Kitabxananın Elektron kataloqunun idarə olunması, elektron resursların bazalarının yaradılması,
Elektron kataloqun "Kataloqlaşdırma", "Komplektləşdirmə", "Oxucu", "Kitab verilişi" modullarının işini təşkil etmək, habelə "Administrator" modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirir.MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir.Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir.
- İnformasiya -resurs şöbəsi
Şəhər Mərkəzi kitabxanasında yeni yaradılan bu şöbə kitabxananın Veb-saytının idarə olunması, şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir.Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir.Habelə dövrü mətbuatın təsvirini "Kataloqlaşdırma" modulu vasitəsi ilə həyata keçirir.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi "Kataloqlaşdırma" modulunun bazasından istifadə edərək elektron resursların bazalarının yaradılmasını həyata keçirir.
Uşaq şöbəsinin müdiri - kitabxanada uşaqlara xidmət işinin təşkili prosesinə rəhbərlik edir, şöbədə Avtomatlaşdırılmış Kitabxana - İnformasiya Sistemindən istifadə edərək Elektron kataloqun "Oxucu" və "Kitab verilişi" modullarının işlənməsini təmin edir.
Mərkəzi kitabxananın bütün şöbələri əlaqəli işləyir.
Rayon Mərkəzi kitabxanasının fəxri oxucuları: 1.Zeynalov Nazim Fətxan oğlu 2.Teymurov Ruslan Oktay oğlu 3.Cəbrayılova Saray Əlisa qızı
4.İsmayılov Elvin Əziz oğlu 5.Ağayev İzzət Habil oğlu 6.Ağayev Ramil Rafiq oğlu
Mərkəzi Kitabxananın kitab fondu 01yanvar 2012-ci il tarixinə 14836 nüsxədən ibarətdir.Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 225274 nüsxədən ibarətdir.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: Həsənov Daxil Tərlan oğlu.Ali ixtisas təhsillidir.
Direktor müavini Uşaq işləri üzrə: -Mehdiyeva Qənirə Yadigar qızıdır.
Saytda 2011-cu il mart ayından yenilik və əlavələri Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Zülfəliyeva Aytən edir.Ali ixtisas təhsillidir.
|