Tədbirlər
Yeni il şənliyi
29.12.2011-ci il tarixində Hacıqabul rayon 5 saylı orta məktəbdə keçirilən Yeni il
şənliyində Hacıqabul rayon 31 saylı Usaq kitabxana filialının əməkdaşları da yaxından iştirak etdilər.
Ulu Öndər Heydər Əliyevin anım günü
09.12.2011-cu il tarixində Hacıqabul rayon Usaq musiqi məktəbində,
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.Əvvəlcə "Şəxsiyyət" sənədli filmi nümayiş etdirildi.Tədbirdə
Mərkəzi kitabxananın müdir müavini Surahı Məmmədova, kitabxananın şöbə müdiri Elmira İbrahimova, Musiqi məktəbinin direktoru Şakir Hüseyinov və başqaları Heydər Əliyevin həyat və
fəaliyyətindən, Azərbaycanın çiçəklənməsi yolunda gördüyü işlərdən söhbət açdilar.
Əzizə Cəfərzadə-90
05.12.2011-ci il tarixində Hacıqabul rayon Uşaq musiqi məktəbinin
zalında iyriminci yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan həmyerlimiz, xalq yazıçısı Əzizə Cəfərzadənin
90 illik yubileyi münasibəti ilə “Aləmdə səsim var mənim” adlı ədəbi-bədii gecə keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Daxil Həsənov acdı.
Sonra kitabxananın əməkdaşları bir-bir Əzizə Cəfərzadənin həyat və yaradıcılıq yolundan söhbət açdılar.
Həmçini,Mərkəzi kitabxanada və bir sıra filiallarda Əzizə Cəfərzadənin 90 illik yubileyinə həsr olunmuş sərgi hazırlandı.
Milli Dirçəliş günü.
17 noyabr 2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanası 17 noyabr Milli Dirçəliş gününə həsr edilmiş tədbir keçirmişdir.
Tədbirdə Mərkəzi kitabxananın şöbə müdiri Aytən Zülfəliyeva, Elmira Ibrahimova və Həqiqət Əmraslanova çıxışlar etmişlər.Tədbirin sonunda, tədbir iştirakçıları Mərkəzi kitabxananın foyesində təşkil edilmiş sərgiyə tamaşa etmişlər.17 noyabr Milli Dirçəliş gününə həsr edilmiş tədbirlər rayonun Navahı, Kürçülü, Talış, Şorbaçı, Tava və başqa kənd kitabxanalarında da təşkil edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya günü.
12.11.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Konstitusiya günü
münasibəti ilə sərgi hazırlandı,"Sənin Konstitusiyan-sənin hüququn" adlı məruzə oxundu.Məruzədə qeyd olundu ki,hazırki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir.
Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan edildi.
Dövlət Bayrağı günü.
04.11.2011-ci il tarixində Hacıqabul rayon Şəhər klubunda Dövlət Bayrağı
günü münasibəti ilə mərkəzi kitabxananın işçiləri tərəfindən tədbir keçirildi.Cıxışlarda qeyd olundu ki, Azərbaycan Respublikasının bayrağı,
gerbi, himni və digər atributları Azərbaycan dövlətinin
müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bizim hamımızın bir vətəni var-Azərbaycan! Azərbaycan bayrağı şərəfimiz, namusumuzdur!
Milli qəhrəmanlarımız.
31.10.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Məktəbli oxucuların
vətənpərvərlik tərbiyyəsi ilə əlaqədar olaraq "Milli qəhrəmanlarımız" adlı oxucu konfransı keçirildi.Milli qəhrəmanlarımız Aqil Məmmədov, Allahverdi Bağırov,
Çingiz Mustafayev, Mübariz İbrahimov haqqında oxucularla söhbət aparıldı və qəhrəmanlarımız haqqında yazılı məlumat məktəbli oxuculara paylanıldı.
Müstəqilliyimiz əbədidir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında
Prezident sərəncamına uyğun olaraq Hacıqabulda ümumrayon tədbiri keçirilmişdir.Tədbirin rəsmi hissəsi rayon Mədəniyyət evində, bədii hissəsi isə rayon Mədəniyyət evinin
qarşısındakı meydanda davam etdirilmişdir. Dövlət Müstəqilliyimizin 20-ci ildönümünə həsr edilmiş tədbirlər rayonun bütün kitabxanalarında
müxtəlif məzmunlu tədbirlərlə qeyd edilmişdir.
Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir!
Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO imzalayıb.Təşkilatda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.
Müəllim günü münasibəti ilə Hacıqabul rayon Mərkəzi kitabxanasında və bir sıra filiallarda məruzələr oxundu və məktəblilərə bu gunun tarixi, əhəmiyyəti,müqəddəsliyi barədə məlumatlar verildi,qeyd edildi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
15 sentyabr Bilik gunudur.
Azərbaycan prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamına əsasən
ölkədə dərs ili sentyabrın 15-də başlayır.15 sentyabr Azərbaycanın hər yerində olduğu kimi
Hacıqabul rayonunda da Bilik günü kimi qeyd olunur. Hacıqabul rayon 31 saylı Uşaq kitabxana filialının əməkdaşları
5 saylı məktəbdə Bilik günündə iştirak etdilər və bu münasibətlə kitabxanada kiçik yaşlı oxucularla söhbət aparıldı.
Azərbaycanın Müstəqilliyinin bərpasının 20 illiyi
13 sentyabr 2011-ci il tarixində Hacıqabul şəhər Musiqi məktəbinin zalında Azərbaycanın Mustəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş söhbət keçirildi .
Keçirilən söhbətdə Hacıqabul rayon MKS-nin əməkdaşları yaxından istirak etdilər.Mərkəzi kitabxanada, həmçini, bir sıra filiallarda Azərbaycanın Müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi hazırlandı və rayonda keçirilən Heydər Əliyev məktəbində Mərkəzi kitabxananın işçısi Qasımova Ülviyyə iştirak etdi.
Qabil-85
19.08.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli
şairlərindən Qabilin 85 illik yubileyi münasibəti ilə tədbir keçirildi.Həmçini Mərkəzi kitabxanada Qabilin 85 illik yubileyi münasibəti ilə sərgi hazırlandı.
Əlisəfa Azayev-60
20.07.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında detektiv janrlı
kitabları ilə ən cox oxucu marağına səbəb olan Əlisəfa Soltan oğlu Azayevin 60 illik yubileyi münasibəti ilə sərgi hazırlandı və kitabxananın işçiləri tərəfindən məruzələr oxundu.Kitabxananın Xidmət şöbəsinin müdiri
Zülfəliyeva Aytən oxuculara Əlisəfa Azayevin 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olması,
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi, 1992-1996-cı illərdə BDU-nun Konstitusiya hüququ üzrə aspiranturada oxuması və Azərbaycan Yazıçıları və Jurnalistlər birliyinin üzvü olması barədə məlumat verdi.Sonra Əlisəfa Azayevin kitabxanada
olan kitabları haqqında oxuculara məlumat verildi və sərgiyə baxıldı.
Silahlı Qüvvələr günü
24 iyun 2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında "26 iyun Silahlı Qüvvələr günü" münasibəti ilə gənc oxucularla
sohbət kecirildi.Onlara məlumat verildi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır.Ordumuz Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz
Qüvvələrindən ibarətdir.Azərbaycan Milli Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.Söhbətdən sonra Mərkəzi kitabxanada Silahlı Qüvvələr günü münasibəti ilə hazırlanmış sərgiyə də baxıldı.
15 iyun Milli Qurtuluş günüdür
14 iyun 2011-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev parkında "15 iyun Milli Qurtuluş günü" münasibəti ilə
ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə rayonun bütün idarə və təşkilatlarının işçiləri yaxından iştirak etmişdir.
Rayon Mərkəzi kitabxanasında və kənd kitabxana filiallarında "15 iyun Milli Qurtuluş günü " münasibəti ilə kitab sərgiləri təşkil edilmiş, məruzə və mühazirələr oxunmuşdur.
1 iyun Uşaqların Beynəlxalq Müdafiə günüdür
30 may 2011-ci iltarixində Hacıqabul rayon Mədəniyyət evinin qarşısında
“1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü" ilə əlaqədar rayon Təhsil,
Mədəniyyət və Turizim şöbələrinin
birgə hazırladığı bayram tədbiri keçirilmişdir.Tədbirdə İcra hakimiyyətinin nümayəndələri rayonun bir sıra idarə
və təşkilatlarının işçiləri yaxından iştirak etmişdir.Orta təhsil məktəblərinin əla oxuyan şagirdləri rayon Təhsil şöbəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbirlə əlaqədar Hacıqabul rayon Uşaq kitabxanası, uşaq kitablarından və uşaqların əl işlərindən ibarət sərgi hazırlamışdır.
28 may Respublika günüdür
26.05.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində Azərbaycan Respublikasının yaranmasının 93-cü ildönümü münasibəti ilə ümumrayon tədbiri keçirildi.Tədbirdə rayonun
bütün idarə və təşkilarları, həmçinin Hacıqabul rayon kitabxanalarının işçiləri də iştirak etdirdilər.Tədbiri giriş sözü ilə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov açdı.28 may Respublika gününə həsr edilmiş çıxışlardan sonra tədbir bayram konserti ilə başa çatdı.
Rayon Mərkəzi kitabxanasında və kənd kitabxana filiallarında "28 may Respublika günü" münasibəti ilə kitab sərgiləri
və dəyirmi masalar təşkil edilərək, məruzə və mühazirələr oxunmuşdur.
"Hacıqabul" qəzetinin 20 yaşı
20.05.2011-ci il tarixində Hacıqabul şəhər Uşaq musiqi məktəbinin iclas zalında "Hacıqabul"
qəzetinin 20 illiyi münasibəti ilə tədbir keçirildi.Qəzetin baş redaktoru Məlahət Əskər qızı öz çıxışında "Hacıqabul" qəzetinin keçdiyi tarixi yoldan və qəzetin kollektivinin fəaliyyətindən
söhbət açdi. "Hacıqabul" qəzetinin yaranmasının 20 illiyi münasibəti ilə çıxış edənlər;Hacıqabul rayon İcra Hakimiyyəti başçısının I müavini Sahib Aslanov,rayon Təhsil şöbəsinin müdiri
Şükür Məmmədov, YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov, rayon MKS-nın direktoru Daxil Həsənov çıxış edərək qeyd etdilər ki, Müstəqilliyimizlə yaşıd olan bu qəzet çətinliklərə baxmayaraq mütəmadi olaraq məzmunlu buraxılır,
respublika mətbuatı sıralarında öz dəsti-xətti ilə seçilir.
Şuşa ilə Laçın hələ düşmən tapdağı altındadır
18.05.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Azərbaycanın
əzəli və əbədi torpaqları olan Şuşanın və Laçının işğalının ildönümü ilə əlaqədar söhbət keçirildi.Çıxış edənlər bildirdilər ki, artıq Şuşa ilə Laçının
işğalından 19 il ötür.Hələ də torpaqlarımız düşmən tapdağı altındadır.Bununla belə hər bir Azərbaycan vətəndaşı qəlbində inam və ümidlə gündən-günə Qafqazda
lider dövlətə çevrilən dövlətimizin gücünə, aparılan məqsədyönlü siyasətə, torpaqlarımızın tezliklə azad olunacağına inanır.
Müstəqilliyimiz əbədidir
12.05.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində Hacıqabul rayon Mərkəzi kitabxanası tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş "Müstəqilliyimiz əbədidir"
adlı oxucu konfransı keçirildi.Oxucu konfransını Hacıqabul rayon MKS-nin direktoru Daxil Həsənov açdı.Sonra kitabxananın əməkdaşları Mirzəyeva Sura,Qarayeva Səkinə çıxış edərək Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik əldə etməsindən,hansı çətinliklərdən çıxmasından,
Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda gördüyü işlərdən söhbət açdılar.
Heydər Əliyev-88
10.05.2011-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev muzeyinin qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının
88 illiyi münasibəti ilə ümumrayon tədbiri keçirildi.İlk öncə Heydər Əliyev muzeyini ziyarət etdikdən sonra,Ulu öndərin abidəsi önünə gül dəstələri qoyuldu.Sonra konsert proqramı keçirildi.
Hacıqabulda kitab bayramı
05.05.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evinin qarşısında Ümummilli lider Heydər Əliyevin anadan olmasının
88 illiyi münasibəti ilə Kitab bayramı keçirildi.Bu Hacıqabulda keçirilən sayca 5-ci Kitab bayramı idi.Bu bayramda rayonun bütün idarə və müəssisələri,məktəblilər,kitabxananın oxucuları dahi şəxsiyyət
Heydər Əliyevin kitablarından hazırlanmış sərgilərə tamaşa etdilər.Tədbirdə MKS-nin direktoru Daxil Həsənov,İcra Hakimiyyətinin birinci müavini Sahib Aslanov,MKS-nin direktor müavini Surahı Məmmədova cıxış
edərək Heydər Əliyevin milli mədəniyyətimizin, incəsənətimizin çiçəklənməsi uğrunda gördüyü işlərdən söhbət açdılar.Kiçik yaşlı oxucular və "Gündüz" uşaq baxçasının fidanları şeirlər söylədilər.Tədbir konsert
proqramı ilə yekunlaşdı.
Zərifə Əliyeva-88
27.04.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində gözəl ana, vəfalı ömür-gün yoldaşı, dünya tibb elminə
əvəzsiz tövhələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümü qeyd edildi.Tədbiri giriş sözü ilə Hacıqabul rayon İcra Hakimiyyətinin Başcısı
Əhməd Muxtarov cənabları açdı.Sonra rayonun ziyalıları,o cümlədən Hacıqabul rayon Mərkəzi kitabxananın şöbə müdiri Elmira İbrahimova çıxış etdi.Çıxışçılar Zərifə xanım Əliyevanın bitib tükənməyən
yüksək keyfiyyətlərindən dünya tibb elminə verdiyi tövhələrdən, gözəl ana, gözəl həyat yoldaşı olmasından danışdılar.
Çernobıl əlilləri ilə görüş
26.04.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində Çernobıl əlilləri ilə görüş keçirildi.Giriş sözünü rayon İcra Hakimiyyətinin Başçısı
cənab Əhməd Muxtarov açaraq qeyd etmişdir ki, 1986-cı ilin 26 aprelində Ukraynada Cernobıl AES-da baş vermiş qəzanın ləğvində 8000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak etmişdir.Həmin vətəndaşlara dövlət tərəfindən diqqət
və qayğı göstərilməsi işlərinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır və indi də davam etdirilir.Tədbirdə iştirak edən bütün hacıqabullu Cernobıl əlillərinə pul mükafati verildi.
Beynəlxalq Abidələr və Tarixi Yerlər günü
18.04.2011-ci il tarixində Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunda
"Beynəlxalq Abidələr və Tarixi Yerlər günü" münasibəti ilə maraqlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə Qoruğun direktoru Mübariz Xəlilov açdı.Sonra Qoruğun direktorunun
təşəbbüsü ilə təşkil edilmiş "Əhli beyt" qrupu dinləyicilərə böyük zövq verdilər.Tədbirdə Rayon İdman və Gənclər İdarəsinin rəisi S.Ələskərov, Rayon Tarix və Diyarşünaslıq Muzeyinin baş
fond mühafizəçisi M.İsayev, Qoruğun baş mühəndisi M. Müslümov, Qoruğun baş elmi işçisi A.Əliyev və elmi işçi Z.Cəfərov çıxış etdilər.Hacıqabul Rayonunun ümumtəhsil məktəblərinin şagirdləri
arasında "Hacıqabul abidələr diyarıdır" mövzusunda rəsm və inşa yazı müsabiqəsinin nəticələri elan edildi.I,II,III yerləri tutan şagirdlərə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.
Əzizə Cəfərzadə-90
14.04.2011-ci il tarixində Hacıqabul rayon Uşaq musiqi məktəbinin zalında
iyriminci yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan həmyerlimiz, xalq yazıçısı Əzizə Cəfərzadənin 90 illik yubileyi münasibəti ilə oxucu konfransı keçirildi.Konfransı giriş sözü ilə
MKS-nin direktoru Daxil Həsənov acdı.Sonra kitabxananın əməkdaşları bir-bir Əzizə Cəfərzadənin həyat və yaradıcılıq yolundan söhbət açdılar.Həmçini,Mərkəzi kitabxanada və bir sıra filiallarda Əzizə Cəfərzadənin 90 illik yubileyinə
həsr olunmuş sərgi hazırlandı.
Abidənin açılışı.
31.03.2011-ci il tarixində Hacıqabul rayonunda Şəhidlər
Xiyabanında Hacıqabul şəhidlərinə həsr olunmuş abidənin açılışı oldu.Abidənin ətrafında Hacıqabulun bütün şəhidlərinin şəkli öz əksini tapıb.Başda rayon İcra Hakimiyyətinin başçısı
Əhməd Muxtarov cənabları olmaqla rayonun bütün idarə və müəssisələrinin işçiləri abidənin açılışında iştirak etdilər.
31 mart soyqırımı.
30.03.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş
tədbir keçirildi.Mərkəzi kitabxananın kollektivi də daxil olmaqla rayonun bütün idarə və təşkilatlari bu tədbirdə yaxından iştirak etdi.Tədbir iştirakçıları öz çıxışlarında qeyd etmişdilər ki,
3 gün ərzində Bakıda 17000 insan qətlə yetirilmiş, Bakı əhalisinin 400 milyon manatlıq əmlakı müsadirə edilmiş, ziyarətgahlar dağıdılmışdır,Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlııarın qırğını törədilmşdir.
Martın 30-dan aprelin 2-sinədək davam edən qırğınlar Hacıqabul rayonundan da yan keçməmişdir.Ümumiyyətlə, Hacıqabul rayonunda cəmi 1972 nəfər əhali qətlə yetirilmişdir. Onlardan 1080 nəfəri kişi,525 nəfəri qadın, 367 nəfər uşaq bu vəhşiliyin qurbanı olmuşdur.Tədbirin sonunda soyqırım
dəhşətlərini özündə əks etdirən vidio çarx nümayiş etdirildi.
Hacıqabulda Novruz şənliyi
19.03.2011-ci il tarixində Hacıqabul rayonunda İcra Hakimiyyəti binası qarşısında elimizin ən gözəl
bayramlarından biri olan Novruz bayramı keçırildi.Rayonun bütün idarə və müəssisələri bu bayramda yaxından istirak edirdi.Hər yerdə bayram süfrələri açılmış, tonqal
qalanmış, kosa, kecəl, Dədə Qorqud, bahar qiz da bu tədbirə gözəllik verirdi.Bu tədbirdə Hacıqabul rayon kitabxanalarının işçiləri də fəal şəkildə iştirak etmişdilər.
8 mart Beynəlxalq Qadınlar günü
07.03.2011-ci il tarixində Hacıqabul rayonunda "Aynur" şadlıq sarayında 8 mart Beynəlxalq Qadınlar gününə
həsr olunmuş tədbir keçirildi.Tədbirdə Hacıqabul rayonunun bütün idarə və müəssisələrində, o cümlədən, Hacıqabul rayon Mərkəzi kitabxanasında calışan qadınlar də iştirak edirdilər.
Bir qrup qadın, rayon İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarov tərəfindən mükafat və fəxri fərmanlarla təltif olundular.Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Zulfəliyeva Aytən də
qiymətli hədiyyə ilə mükafatlandırıldı.
Əsrin faciəsi, Xocalı soyqırımı.
23.02.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanası rayon Uşaq musiqi məktəbi ilə birlikdə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirmişdir.
Tədbirdə Mərkəzi kitabxananın direktoru Daxil Həsənov, Usaq Musiqi məktəbinin direktoru Şakir Hüseynov, MKS -nin direktor müavini Surahı Məmmədova və başqaları cıxış etmişlər.
Çıxış edənlər qeyd etmişlər ki, Xocalı faciəsi təkçə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət idi.Tədbirin davamı rayon Mərkəzi kitabxanasında təşkil edilmiş Xocalı faciəsinə aid sərgiyə baxmaqla başa çatdırılmışdır.
Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilmiş tədbirlər rayonun bütün kitabxanalarında, mədəniyyət müəssisələrində təşkil edilərək həyata keçirilmişdir.
Gənclər günü
02.02.2011-ci il tarixində Hacıqabul rayonunda "Aynur" şadlıq sarayında 2 fevral Gənclər
gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Hacıqabul rayonunun bütün idarə və müəssisələrində, o cümlədən Hacıqabul rayon Mərkəzi kitabxanasında calışan gənclər də iştirak edirdilər.
Bir qrup gənc rayon İcra Hakimiyyətinin Başçısı Cənab Əhməd Muxtarov tərəfindən mükafat və fəxri fərmanlarla təltif olundular.
Hesabat yığıncağı
19.01.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində Hacıqabul rayon
Mədəniyyət və Turizim Şöbəsinin və onun tabeliyində olan mədəniyyət müəssisələrinin 2010-cu il ərzində gördükləri işlər barəsində hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavini İlqar Talıbov iştirak edirdi.
20 Yanvar-Qan yaddaşımız
19.01.2011-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində "20 Yanvar qan yaddaşımızdır"
adlı oxucu konfransı və ədəbi-bədii kompozisiya keçirilmişdir.Tədbirdə rayon Mədəniyyət və Turizim şöbəsinin müdüri R.Məmmədov, Hacıqabul rayon MKS-nin direktoru D.Həsənov,
Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru E.Şıxəliyev,Heydər Əliyev adına muzeyin direktoru G.Əzizova,Tava, Navahı, Muğan, Qarasu kənd kitabxanalarının kitabxanaçıları
çıxış etdilər.Tədbirin sonunda 20 Yanvar şəhidlərinə həsir edilmiş vidio çarx nümayış etdirildi.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Təhsil,Səhiyyə,Mədəniyyət üzrə müavini İ.Talıbov iştirak edirdi.
Mədinə Gülgün-85
17.01.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Mədinə
Gülgünün anadan olmasının 85 illiyi münasibəti ilə "Yora bilməz yollar məni" adlı sərgi hazırlandı.Sərgidə Mədinə Gülgünün kitabları və onun həyat və
yaradıcılığı haqqında məqalə və məlumatlar toplanmışdır.
arxiv
|