Heydər Əliyev muzeyi
Muzeyin açılışı 10.05.2008–ci il tarixində Ümummilli lider Heydər
Əliyevin doğum günündə rayon ictimaiyyətinin iştirakı ilə olmuşdur.Təşkilat kimi 2009- cu il
fevral ayından fəaliyyətə başlamışdır.
Muzeyin fondu ümumilikdə 9 bölmədə yerləşdirilib.Bunlardan
fotoşəkillərdən ibarət 6 stent bölmə, sənədlərdən ibarət 1divar vitraj bölmə, kitab,brojur və digər eksponatlardan ibarət 2 sütun vitraj bölmə kolleksiyalarıdır.Muzeydə ümumilikdə 137 eksponat ,o cümlədən 64 fotoşəkil ,29 sənəd və 44 digər kitab, brojur və s. vardır.Həmin eksponatlardan 5-i(3kitab,2disk) sonradan
muzeyə əvəzsiz hədiyyə olaraq qəbul edilmişdir.Muzeydə il ərzində nəzərdə tutulmuş tədbirlər keçirildikdə fotoşəkillər çəkilir şəkil albomunda yerləşdirilir.Tədbirlərin video çəkilişi aparılır.
|