Kitabxana haqqında

Yeni kitablar

Elektron kataloq

Elektron kitabxana

Tədbirlər

Qanunlar və normativ
sənədlər


Biblioqrafik göstəricilər

Hüquq mərkəzi

Foto qalereya

Əlaqə































Счетчик посещений Counter.CO.KZ - бесплатный счетчик на любой вкус!

Kitabxana haqqında

        Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) 27 avqust 1990-cı ildə Hacıqabul rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 05 saylı qərarı ilə yaradılmışdır.Hacıqabul rayon Mərkəzi kitabxanasının əsası 1939-cu ildə qoyulmuşdur. 01 yanvar 2012-ci il tarixinə olan məlumata əsasən Hacıqabul rayonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Sisteminə daxil olan 32 dövlət kütləvi kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan 1-i rayon Mərkəzi kitabxanası, 1-i rayon Uşaq kitabxanası, 6-sı şəhər və qəsəbə kitabxanası,24-ü isə kənd kitabxana filialıdır.
        Rayon Mərkəzi Kitabxanasının aşağıdakı şöbələri vardır:

  • Abonement şöbəsi

        Abonement şöbəsinin işi oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə xidmətdən ibarətdir.01 yanvar 2012-ci il tarixinə olan məlumata görə abonement şöbəsinin kitab fondu 14836 nüsxədən ibarət olmuşdur.Bundan 7458 ədədi latın qrafikalı ədəbiyyatdır.01 yanvar 2012-ci il tarixinə Abonement şöbəsinin kitab fondundan 2299 nəfər oxucu istifadə etmişdir.Abonement şöbəsində açıq rəf üsulundan istifadə edilir.Oxucular fonda daxil olaraq sərbəst şəkildə ədəbiyyatla tanış ola bilərlər.Oxucu kütləsinin çoxunu gənclər təşkil edir,bunlar əsasən məktəblilər və tələbələrdir.Sorğu Abonement şöbəsində olmadıqda digər kitabxanalarla əlaqə saxlanılaraq mübadilə formasından istifadə edilir.

  • Kitabişləmə və Komplektləşdirmə şöbəsi

        Mərkəzi kitabxanaya yeni daxil olan ədəbiyyatın uçota alınması,kitabxana qaydası ilə işlənməsi və kitabxana-filiallar arasında bölünməsi ilə məşgul olur.Kitabişləmə və Komplektləşdirmə şöbəsinə 2011-ci ildə 1975 ədəd kitab daxil olmuşdur.Ondan:

1.Prezident apparatı xətti ilə Milli Elimlər Akademiyasından alinmişdır- 1299 nüsxə
2.Mədəniyyət və Turizim Nazirliyi tərəfindən verilmişdir-368 nüsxə
3.M.F.Axundov adına Milli kitabxanadan -76 nüsxə
4.Respublika Kitabxana kollektorundan-78 nüsxə
5.F.B.Köçərli adına Respublika uşaq kitabxanası-97 nüsxə
6.Oxucular tərəfindən hədiyyə-57 nüsxə təşkil edir.

  • Metodika və Biblioqrafiya şöbəsi

        İllik iş planı tərtib edilir.Plana əsasən şəhər,qəsəbə kənd kitabxana-filiallarına gedişlərin qrafiki tərtib edilir.İl ərzində aylıq və rüblük iş planlarının tərtibində kitabxana-filiallara köməklik göstərir.Hər il üzrə seminar məşğələlərinin təxmini mövzularını tərtib edir.İl ərzində MKS üzrə görüləcək işlərlə, əlamətdar günlərlə əlaqədar təqvimlər və metodiki məktublar hazırlayıb kitabxana-filiallara göndərir. Kitabxana-filialların işini təhlil edir.Metodiki tövsiyyələrin yerinə yetirilməsinə nəzarət edir.Kitabxana filiallara təcrübi köməklik göstərir.Oxuculara kömək məqsədi ilə soraq-biblioqrafiya aparatını təkmilləşdirir,kitabxana-biblioqrafiya biliklərini təbliğ edir.Yeni daxil olan ədəbiyyatlar haqqında bülletenlər tərtib olunur.Kitab fondunun təbliği ilə əlaqədar olaraq Şifahi,Əyani,Yazılı təbliğat formalarından istifadə olunur.

  • Vahid fond şöbəsi

        Mərkəzləşdirilmiş kitabxana sisteminin vahid fondunun komplektləşdirilməsində iştirak edir.MKS-nin oxucularının kitaba olan tələbatının ödənilməsi üçün tədbirlər görür.Kütləvi məlumat vasitələri ilə əhaliyə vahid fonddan istifadə etmənin üstün cəhətlərini təbliğ edir.Rayonun başqa sistem kitabxanaları ilə əlaqə yaradır.Kitabxanaların fondlarının tərkibini öyrənir. Çox nüsxəli, profilə uyğun olmayan , istifadə olunmayan ədəbiyyatı seçir.Fondların məzmunca köhnəlmiş və istifadəyə yararsız ədəbiyyatlardan təmizlənməsini təşkil edir.MKS-nin bölmələri arasında ədəbiyyatın yenidən bölünməsini təşkil edir.Kitabişləmə və komplektləşdirmə şöbələri ilə birlikdə artıq nüsxələri seçib mübadilə fonduna verir.MKS-i üzrə fondda olan çatışmazlıqları təhlil edir.MKS-nin vahid fondundan istifadə olunması üçün qabaqcıl iş təcrübəsini tətbiq edir.MKS-i üzrə kadrların ixtisaslarının artırılmasında iştirak edir.Rayonda başqa sistem kitabxanalarının işçilərinə metodiki məsləhətlər verir.
Mərkəzi kitabxananın bütün şöbələri əlaqəli işləyir.

Rayon Mərkəzi kitabxanasının fəxri oxucuları:
1.Zeynalov Nazim Fətxan oğlu
2.Teymurov Ruslan Oktay oğlu
3.Cəbrayılova Saray Əlisa qızı
4.İsmayılov Elvin Əziz oğlu
5.Ağayev İzzət Habil oğlu
6.Ağayev Ramil Rafiq oğlu

        Mərkəzi Kitabxananın kitab fondu 01yanvar 2012-ci il tarixinə 14836 nüsxədən ibarətdir.Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 225274 nüsxədən ibarətdir.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: Həsənov Daxil Tərlan oğlu.Ali ixtisas təhsillidir.
Direktor müavini Uşaq işləri üzrə: -Mehdiyeva Qənirə Yadigar qızıdır.
         Saytda 2011-cu il mart ayından yenilik və əlavələri Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Zülfəliyeva Aytən edir.






Hacıqabul rayonu

Hacıqabula virtual
səyahət


Rayonun görkəmli
şəxsiyyətləri


Hacıqabul şəhidləri

1941-1945-ci illər
müharibəsi iştirakcıları


31 mart soyqırımı
Hacıqabulda


Abidələrimiz

Pir Hüseyn Xanəgahı

Tarix Diyarşünaslıq
muzeyi


Heydər Əliyev muzeyi

Prezident Hacıqabulda



Mədəniyyət və Turizm
Nazirliyi


Prezident Kitabxanası

M.F.Axundov adına Milli
Kitabxana


C.Cabbarlı adına Respublika
Gənclər Kitabxanası


F.Köçərli adına Respublika
Uşaq Kitabxanası


Rayon kitabxanaları