Kitabxana haqqında

Yeni kitablar

Elektron kataloq

Elektron kitabxana

Tədbirlər

Qanunlar və normativ
sənədlər


Biblioqrafik göstəricilər

Hüquq mərkəzi

Foto qalereya

Əlaqə






















Tarix-Diyarşünaslıq muzeyi

         Hacıqabul rayon Tarix-Diyarşünaslıq muzeyinin əsası 1989-cu ildə, onun ilk direktoru olmuş Hüseyin Hənifə oğlu İsayev tərəfindən qoyulmuşdur. 1000-ə yaxın eksponatla iki kiçik otaqda yerləşmiş həmin muzey normal fəaliyyəti üçün şərait olmadığından 1993-cu ildə bağlanmış, 10 il sonra onun fəaliyyəti bərpa olunmuşdur.
         2003-cü ildə ikinci həyata başlamış muzey iki böyük zal və üç otaqda fəaliyyət göstərməklə, 3000-ə qədər eksponata malikdir.Saxsı, mis və digər materiallardan haırlanmış, əkinçilik, maldarlıq, toxuculuq (xalçaçılıq) kimi fəaliyyətlərə aid əşyalarla bərabər, elm, incəsənət, təhsil, hərb, dəmir yolu kimi sahələrlə bağlı sənəd, şəkil və digər eksponatlar rayonun tarixi,onun görkəmli adamları barədə kifayət qədər məlumat verir.
        Muzeyin fəaliyyət göstərdiyi illər ərzində bura minlərlə tamaşaçı gəlmiş, müəssədə çoxsaylı tədbirlər keçirilmiş, telesujetlər çəkilmiş, muzeyin işi və fondu ilə bağlı xeyli sayda mətbuat materialı hazırlanmışdır.


Padar kəndi yaxınlığında tapılmış erkən və orta əsrə aid saxsı fiqurlar.Fiqurların Islamaqədərki bütpərəstlik və heyvandarlıqla bağlı olduğunu ehtimal etmək olar.
Heyvandarlıq alət və əşyaları
(XIX-XX əsrlər)
qaltaq, zınqırov, duşaq,
yəmik, nal, üzəngi, qırxılıq
Toxuculuq alət və əşyaları
(XIX-XX əsərlər)
cəhrə,həvə,yun darağı,kirgit,
toxuma məmulatı
Məişət əşyaları(XX əsr)
Primus korpusunun hissələri,
lampalar, şamdan, ütülər
Talış kəndi ərazisində tapılmış orta əsrə aid saxsı əşyalar
Udulu kəndi ərazisində tapılmış orta əsrə aid saxsı əşyalar
Bəzək alətləri (XIX əsr)
misdən alınlıq, sinəbənd, həmail,
kişi və qadın kəmərinin hissələri
Əkinçilik alətləri: bel ağızları(polad), tərsək(ağac), həvənd
Lüleyin və avtavalar(XIX əsr)
Bu qablardan adətən əl-üz yumaq və dəstəmaz almaq üçün istifadə olunmuşdur.
Mis qablar (XIX-XX əsrlər)
Sərnic,satıl və parçlar daha çox heyvandarlıqla (süd üçün),eləcə də su daşımaq və saxlamaqdan ötrü istifadə olunmuşdur.
Mis samavarlar(XI-XX əsrlər)
Orta əsrlərə aid saxsı qablar
Orta əsrlərə aid saxsı qablar
Mis qablar və qazanlar
Mis qablar,ət baltası,sini
Manqal
Cəhrə,əl dəyirmanı
Odlu və soyuq silahlar
(XVIII-XIX əsrlər)
Dayandoldurum(muşket)-polad, xəncərlər(düz və əyri)-polad, xəncər qını-ağac, metal, çaxmaq
Qaz-Kompressor stansiyasının maketi. (1970-ci illər)
Maketin hazırlanmasıda ağac,
plastik kütlə və metal kimi müxtə-
lif materiallardan istifadə olunub.
Pir Hüseyin Xanəgahının bərpadan əvvəlki görünüşü
(XX əsrin sonu-XXI əsrin əvvəli) Şəkil abidənin nə dərəcədə dağın-
tıya məruz qaldığını əks etdirir.
Pir Hüseyin Xanəgahının bərpadan sonrakı görünüşü.
Xanəgahın hasarlarının, mina-
rəsinin yuxarı hissəsinin bərpa olunduğu, karvansaranın üzə çıxarıldığı aşkar görünür.







Hacıqabul rayonu

Hacıqabula virtual
səyahət


Rayonun görkəmli
şəxsiyyətləri


Hacıqabul şəhidləri

1941-1945-ci illər
müharibəsi iştirakcıları


31 mart soyqırımı
Hacıqabulda


Abidələrimiz

Pir Hüseyn Xanəgahı

Tarix Diyarşünaslıq
muzeyi


Heydər Əliyev muzeyi

Prezident Hacıqabulda



Mədəniyyət və Turizm
Nazirliyi


Prezident Kitabxanası

M.F.Axundov adına Milli
Kitabxana


C.Cabbarlı adına Respublika
Gənclər Kitabxanası


F.Köçərli adına Respublika
Uşaq Kitabxanası


Rayon kitabxanaları