Kitabxana haqqında

Yeni kitablar

Elektron kataloq

Elektron kitabxana

Tədbirlər

Qanunlar və normativ
sənədlər


Biblioqrafik göstəricilər

Hüquq mərkəzi

Foto qalereya

Əlaqə



















Tədbirlər

Gənclər günü

         02.02.2012-ci il tarixində Hacıqabul rayon Mədəniyyət evində 2 fevral Gənclər günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə Hacıqabul rayonunun fəal gəncləri, o cümlədən, Mərkəzi kitabxananın işçisi Qədirova Esmira İdman və Gənclər idarəsi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıldı .

20 Yanvar-Qan yaddaşımız

         18.01.2012-ci il tarixində Hacıqabul rayon Tarix Diyarşünaslıq muzeyində "20 Yanvar qan yaddaşımızdır" adlı oxucu konfransı,19.01.2012-ci il tarixində Hacıqabul rayon 5 saylı orta məktəbdə ədəbi-bədii kompozisiya keçirilmişdir.Tədbirdə Hacıqabul rayon MKS-nin direktoru D.Həsənov, Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru M.İsayev, Navahı, Muğan, Qarasu kənd kitabxanalarının kitabxanaçıları çıxış etdilər.Tədbirin sonunda 20 Yanvar şəhidlərinə həsr edilmiş vidio çarx nümayış etdirildi.
         20.01.2012-ci il tarixində Hacıqabul rayonu Şəhidlər xiyabanında umumrayon tədbiri kecirildi.Səhidlərin abidəsi önünə əklilllər,gül dəstələri qoyuldu.

Yeni il şənliyi

         29.12.2011-ci il tarixində Hacıqabul rayon 5 saylı orta məktəbdə keçirilən Yeni il şənliyində Hacıqabul rayon 31 saylı Usaq kitabxana filialının əməkdaşları da yaxından iştirak etdilər.

Ulu Öndər Heydər Əliyevin anım günü

         09.12.2011-cu il tarixində Hacıqabul rayon Usaq musiqi məktəbində, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.Əvvəlcə "Şəxsiyyət" sənədli filmi nümayiş etdirildi.Tədbirdə Mərkəzi kitabxananın müdir müavini Surahı Məmmədova, kitabxananın şöbə müdiri Elmira İbrahimova, Musiqi məktəbinin direktoru Şakir Hüseyinov və başqaları Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın çiçəklənməsi yolunda gördüyü işlərdən söhbət açdilar.

Əzizə Cəfərzadə-90

        05.12.2011-ci il tarixində Hacıqabul rayon Uşaq musiqi məktəbinin zalında iyriminci yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan həmyerlimiz, xalq yazıçısı Əzizə Cəfərzadənin 90 illik yubileyi münasibəti ilə “Aləmdə səsim var mənim” adlı ədəbi-bədii gecə keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru Daxil Həsənov acdı. Sonra kitabxananın əməkdaşları bir-bir Əzizə Cəfərzadənin həyat və yaradıcılıq yolundan söhbət açdılar. Həmçini,Mərkəzi kitabxanada və bir sıra filiallarda Əzizə Cəfərzadənin 90 illik yubileyinə həsr olunmuş sərgi hazırlandı.

Milli Dirçəliş günü.

         17 noyabr 2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanası 17 noyabr Milli Dirçəliş gününə həsr edilmiş tədbir keçirmişdir. Tədbirdə Mərkəzi kitabxananın şöbə müdiri Aytən Zülfəliyeva, Elmira Ibrahimova və Həqiqət Əmraslanova çıxışlar etmişlər.Tədbirin sonunda, tədbir iştirakçıları Mərkəzi kitabxananın foyesində təşkil edilmiş sərgiyə tamaşa etmişlər.17 noyabr Milli Dirçəliş gününə həsr edilmiş tədbirlər rayonun Navahı, Kürçülü, Talış, Şorbaçı, Tava və başqa kənd kitabxanalarında da təşkil edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya günü.

         12.11.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə sərgi hazırlandı,"Sənin Konstitusiyan-sənin hüququn" adlı məruzə oxundu.Məruzədə qeyd olundu ki,hazırki Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya günü elan edildi.

Dövlət Bayrağı günü.

         04.11.2011-ci il tarixində Hacıqabul rayon Şəhər klubunda Dövlət Bayrağı günü münasibəti ilə mərkəzi kitabxananın işçiləri tərəfindən tədbir keçirildi.Cıxışlarda qeyd olundu ki, Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Bizim hamımızın bir vətəni var-Azərbaycan! Azərbaycan bayrağı şərəfimiz, namusumuzdur!

Milli qəhrəmanlarımız.

         31.10.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Məktəbli oxucuların vətənpərvərlik tərbiyyəsi ilə əlaqədar olaraq "Milli qəhrəmanlarımız" adlı oxucu konfransı keçirildi.Milli qəhrəmanlarımız Aqil Məmmədov, Allahverdi Bağırov, Çingiz Mustafayev, Mübariz İbrahimov haqqında oxucularla söhbət aparıldı və qəhrəmanlarımız haqqında yazılı məlumat məktəbli oxuculara paylanıldı.

Müstəqilliyimiz əbədidir.

         Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında Prezident sərəncamına uyğun olaraq Hacıqabulda ümumrayon tədbiri keçirilmişdir.Tədbirin rəsmi hissəsi rayon Mədəniyyət evində, bədii hissəsi isə rayon Mədəniyyət evinin qarşısındakı meydanda davam etdirilmişdir.
        Dövlət Müstəqilliyimizin 20-ci ildönümünə həsr edilmiş tədbirlər rayonun bütün kitabxanalarında müxtəlif məzmunlu tədbirlərlə qeyd edilmişdir.

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir!

         Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO imzalayıb.Təşkilatda müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. Müəllim günü münasibəti ilə Hacıqabul rayon Mərkəzi kitabxanasında və bir sıra filiallarda məruzələr oxundu və məktəblilərə bu gunun tarixi, əhəmiyyəti,müqəddəsliyi barədə məlumatlar verildi,qeyd edildi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.

15 sentyabr Bilik gunudur.

         Azərbaycan prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamına əsasən ölkədə dərs ili sentyabrın 15-də başlayır.15 sentyabr Azərbaycanın hər yerində olduğu kimi Hacıqabul rayonunda da Bilik günü kimi qeyd olunur. Hacıqabul rayon 31 saylı Uşaq kitabxana filialının əməkdaşları 5 saylı məktəbdə Bilik günündə iştirak etdilər və bu münasibətlə kitabxanada kiçik yaşlı oxucularla söhbət aparıldı.

Azərbaycanın Müstəqilliyinin bərpasının 20 illiyi

         13 sentyabr 2011-ci il tarixində Hacıqabul şəhər Musiqi məktəbinin zalında Azərbaycanın Mustəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş söhbət keçirildi . Keçirilən söhbətdə Hacıqabul rayon MKS-nin əməkdaşları yaxından istirak etdilər.Mərkəzi kitabxanada, həmçini, bir sıra filiallarda Azərbaycanın Müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi hazırlandı və rayonda keçirilən Heydər Əliyev məktəbində Mərkəzi kitabxananın işçısi Qasımova Ülviyyə iştirak etdi.

Qabil-85

         19.08.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Qabilin 85 illik yubileyi münasibəti ilə tədbir keçirildi.Həmçini Mərkəzi kitabxanada Qabilin 85 illik yubileyi münasibəti ilə sərgi hazırlandı.

Əlisəfa Azayev-60

         20.07.2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında detektiv janrlı kitabları ilə ən cox oxucu marağına səbəb olan Əlisəfa Soltan oğlu Azayevin 60 illik yubileyi münasibəti ilə sərgi hazırlandı və kitabxananın işçiləri tərəfindən məruzələr oxundu.Kitabxananın Xidmət şöbəsinin müdiri Zülfəliyeva Aytən oxuculara Əlisəfa Azayevin 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olması, Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi, 1992-1996-cı illərdə BDU-nun Konstitusiya hüququ üzrə aspiranturada oxuması və Azərbaycan Yazıçıları və Jurnalistlər birliyinin üzvü olması barədə məlumat verdi.Sonra Əlisəfa Azayevin kitabxanada olan kitabları haqqında oxuculara məlumat verildi və sərgiyə baxıldı.

Silahlı Qüvvələr günü

         24 iyun 2011-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasında "26 iyun Silahlı Qüvvələr günü" münasibəti ilə gənc oxucularla sohbət kecirildi.Onlara məlumat verildi ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır.Ordumuz Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir.Azərbaycan Milli Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.Söhbətdən sonra Mərkəzi kitabxanada Silahlı Qüvvələr günü münasibəti ilə hazırlanmış sərgiyə də baxıldı.

15 iyun Milli Qurtuluş günüdür

         14 iyun 2011-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev parkında "15 iyun Milli Qurtuluş günü" münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə rayonun bütün idarə və təşkilatlarının işçiləri yaxından iştirak etmişdir.
         Rayon Mərkəzi kitabxanasında və kənd kitabxana filiallarında "15 iyun Milli Qurtuluş günü " münasibəti ilə kitab sərgiləri təşkil edilmiş, məruzə və mühazirələr oxunmuşdur.

1 iyun Uşaqların Beynəlxalq Müdafiə günüdür

         30 may 2011-ci iltarixində Hacıqabul rayon Mədəniyyət evinin qarşısında “1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü" ilə əlaqədar rayon Təhsil, Mədəniyyət və Turizim şöbələrinin birgə hazırladığı bayram tədbiri keçirilmişdir.Tədbirdə İcra hakimiyyətinin nümayəndələri rayonun bir sıra idarə və təşkilatlarının işçiləri yaxından iştirak etmişdir.Orta təhsil məktəblərinin əla oxuyan şagirdləri rayon Təhsil şöbəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Tədbirlə əlaqədar Hacıqabul rayon Uşaq kitabxanası, uşaq kitablarından və uşaqların əl işlərindən ibarət sərgi hazırlamışdır.

arxiv








Hacıqabul rayonu

Hacıqabula virtual
səyahət


Rayonun görkəmli
şəxsiyyətləri


Hacıqabul şəhidləri

1941-1945-ci illər
müharibəsi iştirakcıları


31 mart soyqırımı
Hacıqabulda


Abidələrimiz

Pir Hüseyn Xanəgahı

Tarix Diyarşünaslıq
muzeyi


Heydər Əliyev muzeyi

Prezident Hacıqabulda



Mədəniyyət və Turizm
Nazirliyi


Prezident Kitabxanası

M.F.Axundov adına Milli
Kitabxana


C.Cabbarlı adına Respublika
Gənclər Kitabxanası


F.Köçərli adına Respublika
Uşaq Kitabxanası


Rayon kitabxanaları