|
Böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanda elmi fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında, mühüm rol oynamış Pir Hüseyn Şirvaninin məzarı
ətrafında formalaşan xanəgah kompleksi, Hacıqabul rayonu ərazisində, Bakının 127 km. məsafəsində, Pirsaat çayı sahilində, qədim Bakı-Salyan ticarət karvan yolu üzərində yerləşmişdir.
Memarlıq-məkan həllinin mükəmməlliyi, funksional yükün samballığı baxımından ölkə əhəmiyyətli abidə olan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında yüksək mövqe tutur.
Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, tövlə, tikililəri əhatə edən qala divarları, karvansaray, orta əsrlərə aid türbə, hücrələr və qədim qəbristanlıq
daxildir.Pir Hüseyn türbəsinin bütün daxili divarları və bu otağın içərisindəki qəbr sənduqəsi vaxtı ilə, çox böyük bədii ustalıqla düzəldilmiş kaşı sənətinin xüsusi bir növü ilə hazırlanmış
ornament və yazılarla bəzəkli olmuşdur.Şeyx Pir Hüseyn Şirvaninin türbəsi memarlıq kompleksinin şimal-qərb bucağında qala divarına bitişik tikilmişdir.Böyük yazı qurşağında türbənin zəngin bəzəg işinin
tamamlanma tarixi hicri 684-ci il (1285) göstərilmişdir.Şeyx Pir Hüseynin kiçik ölçülü türbəsini dünyada məhşurlaşdıran onun interyerində ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı
bəzəyi olmuşdur.Naxış, yazı və rənglərin formalaşdırdığı bu ilahi ruhsal mühit xanəgaha gələn ziyarətçilərdə böyük psixaloji emosional ruh və dərin inam doğururdu.
Xanəgahın minarəsinin giriş qapısı üzərində XIII əsr üçün səciyyəvi olan süls xətti ilə qoyulmuş böyük bir daş kitabə bildirir ki, "Ulu Şeyx Pir Hüseynin xanəgahında olan bu minarə tikilisi ədalətli padşah
Menku Buqa Xaqanın dövründə Arqun ağanın vəsaiti və yardımı ilə ucaldılmışdır".Silindirik gövdəli minarənin səkkiz üzlü təməlində giriş qapısında sol tərəfdə onun Şirvanşah II Əxsitanın hakimiyyəti dövründə
hicri 654/miladi 1256-cı ildə ucaldığını bildirən məlumat daş kitabə şəklində minarəyə daxil edilmişdir.Minarədəki başqa daş lövhədə oyulmuş iki sətirlik yazıda "Minarənin memarı Şəmsəddin Məhəmməd Əbül Abbas,
Mahmud İbn İbrahimin əməli" məlumatı həkk olunmuşdur.Bu kitabələr göstərir ki, minarənin inşaatı 1256-cı ildə Şirvanşah II Əxsitanın zamanında başlamış və 1294-cü ildə onun oğlu Gərşasb tərəfindən tamamlanmışdır.
Xanəgahı dünyada məşhur eyləyən kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək Avropa muzeylərinə və şəxsi kolleksiyalara satışı prosesi olmuşdur.1906/07-ci ildə
Xanəgahda tədqiqat işləri aparan Ter-Avetisyan kaşıların bir hissəsini oğurlayıb aparmışdır.1913-cü ildə Parisdən Xanəgaha gəlmiş dəllal M.Kələkyan və Madam Dufantyu yerli Qubalı-Baloğlan kəndinin 6 nəfərlik sakini ilə
kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarmışdır.Pir Hüseyn Xanəgahına ən böyük dağıdıcı zərbəni 1918-ci ildə ərazimizdə soyqırım törədən erməni S.Lalayanın quldur dəstəsi sındırmışdır.Azğınlaşmış erməni
yaraqlıları kaşı lövhələrini sındırmaqla kifayətlənməmiş, bu nadir memarlıq əsərini bütünlüklə xarabalığa çevirərək oranı tərk etmişlər.Türbənin böyük pannosunun ulduz və xaçlarının çoxu 1925-ci ildə Sank-Peterburqa
aparılmışdır.İndi Dövlət Ermitajının kolleksiyalarında xanəgahdan aparılmış 123 çilçiraqlı ulduz, 325 firuzəyi xaç lövhə və başqa kiçik kaşı parçaları saxlanılmaqdadır.1936-cı ilin oktyabırında xanəgahda çilçıraq bəzəyinin
cəmi üç kiçicik fraqmenti qalmış və onlar gəc mehrabla birlikdə 1940-cı ildə Nizami adına Ədəbiyyat muzeyinə köçürüldü.Bu muzeydə türbənin yazı frizinin 5 lövhəsi saxlanılır.Bu yolla abidə dünya şöhrəti qazansada, onu vaxtında
və indi də qoruya bilmədiyimizdən bizdə ciddi milli mənəvi narahatlıq doğurmalıdır.XX əsrin 50-ci illərində erməni Akopyanın layihəsi ilə xanəgahın yaxınlığında qədim yaşayış yerində Pirsaat su anbarının tikilməsi də xanəgaha
vurulan ciddi zərbədir.Bu anbardan müntəzəm su sızmaqla rütubət əmələ gəlir və korroziyaya uğradır.
|
|
 |
Pir Hüseyn Xanəgahının tarixi haqqında qəzet materialı
|
|
Pir Hüseyn Xanəgahı(giriş) |
|
|
|
Pir Hüseyn Xanəgahı (uzaqdan görüntü)
|
|
Xanəgahın iç görünüşü
|
|
|
|
Minarə |
|
Minarə
|
|
|
|
Xanəgahın həyətində su quyuları |
|
Daş kitabələr
|
|
|
|
Daş kitabələr |
|
Daş kitabələr |
|
|
|
Xanəgahın giriş qapısı |
|
Şeyx Cəmaləddinin qəbri(1639)
|
|
|
|
Yardımçı otaqlar |
|
Minarə
|
|
|
|
Şeyx Pir Hüseyn Şirvaninin sərdabəsi
|
|
Şeyx Pir Hüseyn Şirvaninin müridinin qəbri |
|
|
|
Tarixi eksponatlar |
|
Tarixi eksponatlar
|
|
|
|
Qəbul otağı |
|
Ziyarətcilərin namaz qıldığı yer
|
|
|
|
Karvansaray |
|
Karvansaray
|
|
|
|
Minarəyə giriş |
|
Karvansaray. XIII əsr
|
|